2 iyul 2011 14:36
Qarabağ Bakıya qayıtdı
“Qarabağ” Bakıya qayıdıb. Azerisport.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda səfərdə Litvanın “Banga” klubuyla qarşılaşan komandamız 4:0-lıq möhtəşəm qələbədən sonra artıq vətənə qayıdıb.
Dünən axşam Riqa – İstanbul – Bakı reysiylə paytaxta dönən komandamız səhər 5 radələrində Azərbayana qədəm basıb. Səhərin erkən saatları olmasına baxmayaraq Azərbaycanın avrokuboklarda ən uğurlu təmsilçisini azarkeşlər də qaşılayıb. Tərəfdarlar futbolçulara sevgi və alqışlarla qarşılayıblar.
“Qarabağ” bu gün istirahət edəcək. Sabahdan etibarən isə komanda “Banga” ilə cavab oyununun hazırlıqlarına başlayacaq.
