2 iyul 2011 14:52
"Süleymanovun cavabını öz oyunumuzla vermək istəyirik"
Belarusun “Minsk” klubunun qapıçısı Simas Skinderis UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində qarşılaşdıqları AZAL ilə oyunun (1:1) nəticəsindən və növbəti mərhələyə yüksəlmək şanslarından danışıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
- Avrokuboklardakı debütünüz münasibətilə təbrik edirik. Meydana çıxarkən həyəcan var idi?
- Debüt “Minsk” üçün idi. Amma mən belə oyunlarda artıq iştirak etmişdim. Odu ki, qətiyyən həyəcanlanmırdım. Adi oyunlardakı kimi köklənmişdim.
- Rəqib sizi nə iləsə təəccübləndirə bildi?
- Bilirdik ki, AZAI güclü komandadı. Azərbaycan legionet limiti yoxdu və klublar səviyyəli əcnəbilərlə güclənə bilirlər. Yerli futbolçulardan yalnız biri oynayırdı.
- Oyundan öncə necə tapşırıq almışdınız?
- Qol vurmağa çalışmaz və uduzmamaq. Vitali Yuroviç demişdi ki, biz ustalıq səviyyəsinə görə rəqibə uduzmuruq. Hər top uğrunda da mübarizə aparmalıydıq. Bizdə alındı, verilən tapşırıqları yerinə yetirə bildik. Əlbəttə, yenə qol vurmaq, qələbə qazanmaq istəyirdik. Amma cəmi 1 qol vura bildik.

- Qol vuran kimi də buraxdınız. Arxayınlaşdınız?
- Heç bir arxayınlıq yox idi. Sadəcə standart vəziyyət zamanı səhvə yol verdik və meydan sahiblərinin forvardı hava mübarizəsindən qalib ayrıldı.
- Heç bir arxayınlıq yox idi. Sadəcə standart vəziyyət zamanı səhvə yol verdik və meydan sahiblərinin forvardı hava mübarizəsindən qalib ayrıldı.
- Zərbənin qarşısını almaq olardı?
- Mənə elə gəlir ki, olmazdı.
- Mənə elə gəlir ki, olmazdı.
- Birinci hissəyə nisbətən ikinci hissədə o qədər də yaxşı təsir bağışlamamğınıza nə səbəb oldu?
- Heç-heçə hesabını qorumaq üçün müdafiə olunmağa, qapımıza sıxışmağa başladıq. Amma meydan sahiblərinin azarkeşləri komandanı irəli səsləyirdi. Buna görə də ikinci hissəni zəif keçirdik. Sadəcə nəticəni qoruyurduq.

- Təşviş yox idi?
- Əlbəttə, yox. İkinci hissədə azərbaycanlılar qapımız qarşısında sadəcə iki təhlükəli vəziyyət yaratdılar. Amma biz də qapımızda oturmurduq, yaxşı vəziyyətlərimiz olurdu.
- Əlbəttə, yox. İkinci hissədə azərbaycanlılar qapımız qarşısında sadəcə iki təhlükəli vəziyyət yaratdılar. Amma biz də qapımızda oturmurduq, yaxşı vəziyyətlərimiz olurdu.
- 1:1 hesabı yaxşı nəticədi?
- Bəli, belə güclü rəqiblə dueldə yaxşı nəticədi. Biz uda da, uduza da bilərdik.
- Bəli, belə güclü rəqiblə dueldə yaxşı nəticədi. Biz uda da, uduza da bilərdik.
- Minskdə çətin olacaq?
- Əksinə, asan olacaq. Biz evdə oynayacağıq. Azarkeşlər də bizimlə olacaq. Öz meydanımızda öz futbolumuzu oynaya biləcəyik.
- Rəqibin heyətində yəqin ki, qolun müəllifi daha çox yadınızda qaldı?
- Onların heyətində 11 nömrəli mərakeşlini qeyd edərdim. Amma belə kimisə xüsusi vurğulamaq çətindi. Güclü komandadı, zəif yerləri azdı.
- AZAL-ın baş məşqçisi “Minsk”in Azərbaycan Premyer Liqasında ilk atlılığa düşməsinin mümkünsüzlüyünü dilə gətirib...
- Biz də bunu oxumuşuq. Oyundan öncə də oxumuşduq. Bu açıqlama bizim xoşumuza gəlməmişdi və əksinə daha da qızışdırmışdı. Biz ona iyulun 7-dəki oyunumuzla cavab vermək istəyirik.
- Bəs sizin fikrinizcə, AZAL bizim çempionatda neçənci yeri tuta bilərdi?
- Çempionluğa oynaya bilərdi. Bu, çox güclü komandadı. Onlar mövsümdən yenicə çıxıblar. Bu komanda mükafatçılar sırasında dəqiq yer alardı.
- Stadiondakı atmosfer necə idi?
- Publika müxtəlif cür idi. Orda həyasız insanlar da var idi, oynamağa imkan vermirdilər. Daim lazerlə gözümüzə işıq salırdılar. Hakimdən də xahiş etdim ki, bunun qarşısını alsın. Tez-tez də təhqit edirdilər. Amma birtəhər bunlara dözürdük.

- Belə havada süni örtükdə oynamaq necə idi?
- Çox çətin. 29 dərəcə isti altında oynamağa başladıq. Qaçmaq, nəfəs almaq çox çətin idi.
- Çox çətin. 29 dərəcə isti altında oynamağa başladıq. Qaçmaq, nəfəs almaq çox çətin idi.
- Bakını görə bildiniz?
- Heç nəyə çatdıra bilmədim. Birincisi, biz şəhərdən 20 km aralıda idik. İkincisi, şəhərə çıxmağa vaxt yox idi.
- Heç nəyə çatdıra bilmədim. Birincisi, biz şəhərdən 20 km aralıda idik. İkincisi, şəhərə çıxmağa vaxt yox idi.
- Sizcə, cavab oyununa nə qədər azarkeş gələcək?
- Bakıdakı stadionda 3 min azarkeş olardı. Bizim stadion böyükdü və yəqin ki, anşlaq olmayacaq. Amma heç olmasa 10 min azarkeş gəlməsini istərdim. Amma 5 min də gəlsə, yaxşı olar.
(Goals.by)