2 iyul 2011 15:24
Azərbaycan millisi Almaniya klubuyla bacarmadı
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə bu gün ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız Almaniyanın “Berlin Seleksiya Region” U-16 komandası ilə qarşılaşıb.
Oyun 2:1 hesabı ilə almaniyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Elnur Cəfərov fərqlənib.
