2 iyul 2011 15:37
Arif Əsədov: Başqa transfer olmayacaq
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Arif Əsədov komandasının mümkün transferləri barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bildirib ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə oyuna kimi yeni transfer etməyəcəklər:
“Avstriya toplanışı zamanı əsasən yoxlama matçları keçirməyə çalışacağıq. Bu yolla biz “Dinamo” ilə oyunlar üçün start heyətimizi müəyyənləşdirmək istəyirik. Başqa transfer isə olmayacaq. Bizim bu heyətimiz də avrokuboklarda uğurlu çıxış etmək üçün yetərlidi”.