2 iyul 2011 16:07
Rəvan`da braziliyalı hücumçu
“Rəvan” yeni mövsümün hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının debütantı hazırlığa 28 futbolçu ilə start verib.
Onlardan bəziləri baxışdadırlar. Həmçinin komandaya braziliyalı Marko Antonio Silva qoşulub. 29 yaşlı hücumçu hələ ki, “Rəvan”ın məşqçi korpusu tərəfindən baxışdadı.
