2 iyul 2011 16:18

Bəxtiyar Soltanov: Bakıda Banga ilə daha yaxşı oynayacağıq

“Qarabağ”ın hücumçusu Bəxtiyar Soltanov Avropa Liqasının birinci təsnifat mərhələsində Litva “Banga”sı üzərində səfər qələbəsindən (4:0) sonra azerisport.az saytına müsahibə verib.
 
- Bu gün yeni komandada qolla qeyd etdiyiniz debütünüz baş tutdu. İki il qabaq siz Litvada “Bakı” ilə “Ekranas”a qarşı oynamışdınız və yenə də uğur. Bu ölkə xoşunuza gəlir?
- Görünür bu belədi (gülümsəyir). Birincisi, bütün uşaqları təbrik etmək istəyirəm. İkincisi, qələbəyə töhvə verdiyim üçün çox şadam. Oyun bizim üçün uğurlu alındı. Dmək olar hər şey alınırdı. Bütün bunlar bizim hazırlığımızla bağlı idi. 2:0-dan sonra ümumiyyətlə sakit oynadıq. Qollar da gözəl alındı. Ancaq iknci qol oyunda ən gözəl idi.
 
- Meydana çıxacağınızı bilirdiniz?
- Mənə bu barədə deməmişdilər. Ancaq ikinci hissə başlayada dedilər ki, hazırlaşım.
 
- Oyunun gedişində yeni həmkarlarınızla çətinliklər hiss etmədiniz?
- Mənim hamı ilə yaxşı münasibətim var. Buna görə onlara təşəkkürlər. Eləcə də meydanda. Bununla belə mən hələ yaxşı formada deyiləm.
 
- Bu mövsümdə azarkeşlərə iki il qabaq “Bakı”nın heyətində avrokuboklarda çıxışı ilə yadda qalmış Bəxtiyar Soltanovun qayıdışını görə bilərik?
- Ümid edirəm. Komandaya avrokubokda və çempionatda kömək etmək istəyirəm. Düşünürəm ki, vurduğum ilk qol mənə çox şeydə kömək edəcək. İnanıram ki, “Qarabağ”da mənim üçün hər şey yaxşı olacaq.
 
- Sizin mövqeyinizdə yaxşı oyunçular kifayət qədərdir: Əfran İsmayılov, Giorgi Adamiya, Vüqar Nadirov, Rauf Əliyev. Belə bir rəqabətdə siz əsas heyətdə möhkəmlənə bilərsiniz?
- Sözün düzü, mənim oynayıb onların oynamayacağı barədə hətta düşünməmişəm. Əsas heyətin oyunçusu olmaq üçün çox çalışmaq lazımdı.
 
- Qarqjdaydə darmadağından sonra cavab görüşünə maraq itməyib?
- Qətiyyən. Bizə tez-tez belə oynamaq lazımdı. Düşünürəm ki, Bakıda daha yaxşı oynayacaq və növbəti mərhələyə keçəcəyik. Biz Azərbaycan xalqını sevindirməliyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.