2 iyul 2011 16:26
UEFA Neftçi`nin oyunlarını fərlqəndirdi
Çempionlar Liqasının ikinci təsnifat mərhələsində "Neftçi" və "Dinamo" (Zaqreb) komandaları arasında keçiriləcək görüşlər UEFA tərəfindən "yüksək səviyyəli" oyunlar kimi elan olunub. Azerisport.az xəbər verir ki, bu barədə Avropanın ən ali futbol qurumundan paytaxt klubuna daxil olan rəsmi məktubda yazılıb.
Buna görə də UEFA bu qarşılaşmalara əlavə olaraq nümayəndə və hakim inspektor təyin edib. Üstəlik, oyunlara təhlükəsizlik zabiti də ayrılıb.
Qeyd edək ki, "Dinamo" (Zaqreb) - "Neftçi" qarşılaşması iyulun 13-də "Maksimir" arenasında, cavab görüşü isə 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
