2 iyul 2011 16:31
Qəbələ`nin futbolçusu İngiltərə klubunda
Ötən mövsümün sonunda "Qəbələ"dən ayrılan yarımmüdafiəçi Alhassan Banqura özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, Banqura İngiltərənin aşağı divizion klubu "Forest Green Rovers"ə transfer olunub.
Syera-Leoneli futbolçunun "Forest Green Rovers"lə 2 illik müqavilə imzaladığı bildirilir. 23 yaşlı futbolçu yenidən İngiltərəyə qayıtdığı üçün şad olduğunu və yeni komandasında ümidləri doğruldacağını bildirib.
Qeyd edək ki, ötən mövsüm "Qəbələ"yə transfer olunan Banqura Toni Adamsın başçılığı altında cəmi 5 oyun keçirmişdi.
