2 iyul 2011 22:54
Almaniya klubu XL-na 4 qol vurdu (YENİLƏNİB)
Avstriyada təlim-məşq toplanışını davam etdirən Azərbaycan kubokunun qalibi "Xəzər Lənkəran" bu gün 3-cü yoxlama görüşünə çıxıb. Azerisport.az xəbər verir ki, Mirça Rednikin komandası yenə də Almaniya klubu ilə qarşılaşıb.
"Xəzər Lənkəran"ın bu dəfəki rəqibi isə ikinci Bundesliqada mübarizə aparan "İngolstadt" komandası olub. Qarşılaşma komandamız üçün uğursuz alınıb. Belə ki, öz qapısında 4 qol görən "ağ-yaşıllar" bunlardan yalnız birinin əvəzini çıxa bilib. Təsəlli qolunu isə yeni transferlərdən Joao Pinto vurub.
Qeyd edək ki, ilk görüşündə Drezden "Dinamo"su ilə qolsuz bərabərliyə razılaşan "Xəzər Lənkəran" ikinci oyununda Avstriyanın həvəskarlardan ibarət "Fulpmes" klubunu 12:0 hesabı ilə darmadağın etmişdi.
Yoldaşlıq oyunu
2 iyul
Xəzər Lənkəran - İngolstadt - 1:4
