2 iyul 2011 11:08
Bakı da Verpakovski transferini açıqladı (FOTO)
Nəhayət ki, "Bakı" da təsdiqlədi. Azerisport.az xəbər verir ki, paytaxt klubu yeni transferini - Kiyev “Dinamo”sundan aldığı Maris Verpakovskini ictimaiyyətə açıqlayıb.
Xəbərdə bildirilir ki, Latviya milli komandasının hücumçusu ilə iki illik müqavilə imzalanıb.
Maris Verpakovski (Maris Verpakovskis) 1979-cu ilin 15 oktyabr tarixində anadan olub. 31 yaşlı Verpakovski karyerası ərzində Latviyanın "Baltika", "Metallurg", "Skonto" klublarının formasını geyib.
2003-cü ildən Kiyev "Dinamo"suna transfer olunub. Maris 2007-2008-ci illər mövsümlərində İspaniyanın "Getafe" və "Celta", Xorvatiyanın "Hajduk" və Yunanıstanın "Ergotelis" klublarında oynayıb.
Maris Verpakovski Latviya milli komandasının heyətində 86 oyun keçirib və 28 qola imza atıb.
Verpakovski 3 dəfə (2001, 2002, 2003) Latviya çempionu tituluna sahib çıxıb, Latviya Kubokunun 2 qat(2001, 2002) sahibidi.
2004-cü ildə "Dinamo" Kiyevlə Ukrayna çempionu titulunu qazanıb, 2005-2006-cı illərdə ardıcıl 2 dəfə Ukrayna kubokunu başı üzərinə qaldırıb.
2004-cü il Avropa çempionatının final mərhələsinin iştirakçısıdı. 2003 və 2004-cü illlərdə Latviyanın ən yaxşı futbolçusu seçilib.
