2 iyul 2011 11:19
Bakı`nın Sloveniya toplanışı davam edir
Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Bakı” növbəti mövsümün hazırlıqlarını gündə 2 məşqlə davam etdirir. Azerisport.az xəbər verir ki, təlimlərin 3-cü günü fiziki və taktiki təmrinlər üzərində qurulub.
Komandanın baş məşqçisi Aleksandr Starkov hazırlıqların gedişindən razıdı. Onun fikrincə, ilk təlim-məşq toplanışı futbolçular üçün faydalı olacaq. 12 günlük təlim-məşq toplanışı ərzində 3 yoldaşlıq oyununun keçirilməsi planlaşdırılır.
Bu gün "Bakı" bu silsilədən ilk oyununu keçirəcək. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq qarşılaşmada rəqib Sloveniyanın NK “Domjale” klubu olacaq. (klubun saytı)
