2 iyul 2011 23:17
Neftçi Albaniya çempionu ilə sülh bağladı (YENİLƏNİB)
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Zaqreb "Dinamo"su ilə oyunlara hazırlaşan "Neftçi" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, Arif Əsədovun komandası bu gün ikinci hazırlıq prosesi çərçivəsində ilk yoxlama oyununu keçirib.
Rəqib isə Albaniya çempionu "Skenderbeu" klubu olub. Əsədovun yetirmələri matçda hesabı açsa da, son dəqiqələrdə üstünlüklərini əldən veriblər.
Onu da xatırladaq ki, “Neftçi” Türkiyə toplanışı çərçivəsində artıq yoxlama oyunlarının açılışını edib. Paytaxt klubu Ukraynanın “Metallurg” (Zaporojye) klubuna 3:0 hesabıyla qalib gəlmişdi.
Yoldaşlıq oyunu
2 iyul
Neftçi - Skenderbeu - 1:1 (1:0)
Qol: Flavinyo, 45-pen.
"Neftçi": Saşa Stamenkoviç (Rauf Mehdiyev, 64), Rail Məlikov (k) (Ruslan Əmircanov, 62), İqor Mitreski (Ruslan Qurbanov, 83), Alessandro Viana da Silva (Tərlan Quliyev, 62), Denis Silva, Ruslan Abışov (Cavid Hüseynov, 46), Rodriqinyo (Cavid İmamverdiyev, 49), Slavço Georgievski (Elmar Baxşiyev, 77), Flavinyo (Araz Abdullayev, 56), Rəşad Abdullayev (Mirhüseyn Seyidov, 58), Emil Mpenza (Bahodir Nasimov, 56).
Oyun başladı
İlk dəqiqələr bərabər mübarizə şəraitində keçir
Oyunda ilk təhlükəli vəziyyəti "Neftçi" yaratdı. Lakin 12-ci dəqiqədə Alessandro Viana da Silvanın zərbəsindən sonra top qapıdan azca aralı keçdi
14-cü dəqiqədə Flavinyonun uzaq məsafədən zərbəsi də qeyri-dəqiq alındı
18-ci dəqiqədə Mpenza oyun ərzində ən real qol şansını qaçırdı. O, yaxın məsafədən topu boş qapıdan keçirə bilmədi
20-ci dəqiqədə Rodriqinyonun uzaq məsafədən zərbəsindən sonra top qapıdan yan keçdi
28-ci dəqiqədə Mpenza növbəti dəfə qol şansını boşa verdi. Bu dəfə onun qol vurmasına rəqib qapıçı mane oldu.
Oyun açıq-aşkar "Neftçi"nin üstünlüyü şəraitində keçir
33-cü dəqiqədə "Skenderbu" klubu oyun ərzində ilk təhlükəli vəziyyəti yaratdı. Rəqib futbolçunun zərbəsini Saşa Stamenkoviç küncə çıxardı.
35-ci dəqiqədə Flavinyonun uzaq məsafədən vurduğu gözəl zərbədən sonra top qapı dirəyinə tuş gəldi
44-cü dəqiqədə rəqib futbolçu cərimə meydançasında Mpenzaya qarşı kobud oynadığı üçün hakim penalti zərbəsi təyin etdi.
Flavinyo 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirdi - 1:0
İlk hissə başa çatdı
İkinci hissə başladı
49-cu dəqiqədə Rodriqinyo zədələnərək, meydanı tərk etdi. Onu Cavid İmamverdiyev əvəzlədi
Ümumiyyətlə, "Skenderbu"nun futbolçuları fasilədən sonra kobud oyunları ilə diqqət çəkirlər
Bu dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində davam edir
61-ci dəqiqədə Araz Abdullayevin uzaq məsafədən vurduğu gözəl zərbəni rəqib qolkiper çətinliklə qaytardı
68-ci dəqiqədə "Neftçi" ikinci qolu vura bilərdi. Lakin rəqib qapıçı ilə təkbətək çıxan Nasimov topu özündən uzağa buraxaraq itirdi
79-cu dəqiqədə Araz Abdullayevin qüvvətli zərbəsindən sonra top qapının üstündən keçdi
81-ci dəqiqədə "Neftçi"dən növbəti təhlükəli hücum gəldi. Lakin İmamverdiyevin zərbəsindən sonra topu rəqib qapıçı barmaqlarının ucu ilə küncə çıxardı
85-ci dəqiqədə rəqib komandanın futbolçusu cərimə zərbəsindən sonra hesabı bərabərləşdirdi - 1:1
Oyun başa çatdı
