3 iyul 2011 00:50

Bakı yeni mövsümə də məğlubiyyətlə başladı (YENİLƏNİB)

Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Bakı” bu gün ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmada rəqib Sloveniyanın NK “Domjale” klubu olub.
 
Davor Dreçnikin rəhbərliyi altında Sloveniyalı hakimlər briqadasının idarə etdiyi oyun təmsilçimizin məğlubiyyəti ilə başa çatıb. Starkovun yetirmələri hər hissədə bir qola üzülüb.
 
Qeyd edək ki, Aleksandr Starkovun yetirmələri Sloveniyadakı ilk hazırlıq prosesi çərçivəsində daha iki belə görüşü keçirəcəklər.

Yoldaşlıq oyunu
2 iyul
 
Bakı - Domjale - 0:2 (0:1)
Qol: Juninyo, 18 (0:1), Horvat, 78 (0:2).
Vərəqə: S.Bates, 41 - sarı.
 
Bakı: 1. Marko Şarliya, 4. Vadim Borets, 15. Cəmşid Məhərrəmov, (Novruz Məmmədov, 46), 32. Aleksey Savinov, 5. Stevan Bates 20. Fabio Luis Ramim (Emin Cəfərquliyev, 60), 77. Aleksandar Soliç 6. İbrahim Karqbo, 7. Rəhman Hacıyev (Nicat Abdullayev, 57), 10. Vyaçeslav Sofroni 19. Nurlan Novruzov (Uinston Parks, 60)

Heyətdən göründüyü kimi baş məşqçi Aleksandr Starkov ilk hissədə yeni futbolçuların xidmətindən yararlanmayıb. Maris Verpakovski, Uinston Parks, Novruz Məmmədov, Elvin Məmmədov və Elvin Əliyev ehtiyat oyunçular skamyasında yer alıblar. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.