2 iyul 2011 11:05
Peşəkar Futbol Liqası 3 yaşında
Peşəkar Futbol Liqası bu gün üç yaşını qeyd edir. Azerisport.az xəbər verir ki, yarandığı qısa müddət ərzində ölkə futbolunun inkişafında özünəməxsus yer tutan PFL Premyer Liqamızın, əvəzedici heyətlərin çempionatının, futbol üzrə Azərbaycan birinci divizionunun və Azərbaycan kubokunun təşkilatçılığını həyata keçirir.
Ümid edək ki, hər mövsümdə futbolumuza müsbət yeniliklər gətirən, ilklərə imza atan PFL gələcəkdə də Azərbaycan futbolunun inkişafı və beynəlxalq miqyasda uğurla tanıdılması yolunda əlindən gələni əsirgəməyəcək. Axı futbolumuzda, milli çempionatımızda çatışmazlıqlar da yetərincədi. Məhz bu çatışmazlıqların, problemlərin aradan qaldırılması yolunda bizə ancaq futbol qurumuna uğurlar arzulamaq qalır.
