2 iyul 2011 12:04
Neftçi Zaqrebə avtobusla gedəcək
Azərbaycan çempionu “Neftçi” UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı Xorvatiya “Dinamo”su ilə oyuna 2 gün öncə yollanacaq. Azerisport.az xəbər verir ki, paytaxt klubu Zaqrebə iyulun 11-də yollanmağı planlaşdırır.
Arif Əsədovun komandası Xorvatiyaya birbaşa Avstriyadan yollanacaq. Belə ki, paytaxt klubu məsafənin yaxınlığını nəzərə alaraq, Zalsburqa avtobusla getməyə hazırlaşır. Komandamız bunun üçün sadəcə 4 saat vaxt itirəcək.
