2 iyul 2011 00:36

Saşa Stamenkoviç: Məni Zaqrebdə nə gözlədiyini bilirəm

“Neftçi”nin yeni qapıçısı Saşa Stamenkoviç azerisport.az saytına müsahibəsində komandasından, UEFA Çempionlar Liqasındakı rəqiblərindən danışıb.
 
- Yeni komandanız necədi? Artıq alışmısız?
- Bəli, əla kollektivimiz var. Həm də mənə İqor Mitreski, Slavço Georgiyevski çox kömək edir. Həmçinin məşqçimiz Nboyşa Manoyloviçin də dəstəyi danılmazdı.
 
- Bu düzdü ki, siz müqaviləyə imza atarkən klub prezidenti Sadıq Sadıqovdan xahiş etmisiz ki, formanızın rəngləri ağ-qırmızı olsun, “Crvena Zvezda”dakı kimi?
- Əslində belə bir şərt olmayıb. Sadəcə, bizim potensial rəqiblərimiz arasında Belqrad “Partizan”ı da var idi. Hansı ki, “Crvena Zvezda” ilə gərgin münasibətlərə malikdi. Bu, Serbiya futbolunun daimi çəkişməsidi.

- Amma siz Zaqreb “Dinamo”su ilə düşdünüz...
- Bəli, elədi. Amma “Crvena Zvezda”nın “Dinamo” ilə də münasibətləri əla deyil. Keçmiş Yuqoslaviyada dörd top-klub var idi. Serbiyanı təmsil edən “Crvena Zvezda” və “Partizan”, həmçinin Xorvatiyanın “Dinamo” və “Hajduk” klubarı. Digər tərəfdən istənilən halda mənim üçün “Maksimir”dəki oyun prinsipial əhəmiyyət daşıyacaq.
 
- Deyəsən, futbolla yanaşı həm də siyasi məsələlər var...
- Doğrudu. Amma bu, siyasətçilərin işidi. Xalqlar haqda bunu deməzdim. Serblər və xorvatlar həmişə əcnəbi klublarda birgə oynayırlar, aralarında da heç bir problem yoxdu.
 
- Yəqin ki, xorvatlar “Crvena Zvezda”nın keçmiş qapıçısını sakit qarşılamayacaqlar...
- Mən isti qarşılanmaya hazıram. Məni nə gözlədiyini bilirəm. Bu məni sadəcə cuşa gətirir. Digər tərəfdən mən kənar şeylərə yox, ancaq oyuna köklənməyə çalışıram.
 
- “Neftçi” “Dinamo” ilə oyunda nəyə ümid edə bilər?
- Əlbəttə, biz mümkün qədər qol buraxmamalıyıq. Deməzdim ki, bizim şansımız azdı. Bəli, rəqibin böyük təcrübəsi var. Onlar hər il Çempionlar, Avropa Liqasında çıxış edirlər. Amma onlara qalib gəlmək olar.

- Rauf Mehdiyevlə rəqabət aparmaq necədi?
- Mehdiyev əla qapıçı, gözəl insandı. Düşünürəm ki, bu rəqabət hər ikimizin xeyrinə yarayacaq.

- Serbiyalı qapıçılara Azərbaycanda tez-tez təsadüf olunur. Sizə qədər Koraç, Miçoviç, hazırda “Qarabağ”da çıxış edən Pavloviç də bura gəlib. Əlaqə saxlayırsızmı?
- Mən Miçoviçlə danışmışam. Axı o da “Neftçi”də çıxış edib. O, mənə çox şeyi danışdı. Yeni komandam və Azərbaycan futbolu haqda çox şeyi ondan öyrəndim.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.