3 iyul 2011 00:48
Arif Əsədov: Dinamo kağız üzərində bizdən hər şeydə güclüdü
“Neftçi”nin baş məşqçisi Arif Əsədov azerisport.az saytına müsahibəsində Avstriya toplanışı çərçivəsində keçirilmiş ilk yoldaşlıq oyununa və komandsının Çempionlar Liqasının təsnifat mərhələsindəki şanslarına toxunub.
- “Neftçi” Avstriya toplanışı çərçivəsində ilk oyunu keçirərək Albaniya çempionu “Skenderbeu” ilə 1:1 heç-heçə oynadı. Oyun haqda fikirləriniz.
- Komanda özünü yaxşı tərəfsən göstərdi və yeddi-səkkiz qol vəziyyəti yaratdı. Rəqib isə hesabı oyunun sonunda bərabərləşdirdi. Ancaq mənim üçün nəticə deyil, hazırlıq əsasdı.
- İkinci hissədə siz bir neçə oyunçunu əvəz etdiniz. Demək olarmı ki, əsas heyət sizin “Dinamo”ya qarşı meydana buraxmaq istədiyiniz heyətdi?
- Mən oyunçuları ancaq bir səbəbdən əvəz etdim - albanlar kobud oynayırdılar. Ancaq başqa səbəb də vardı: meydana çıxanlar arasında gənc oyunçular da vardı. Mən onları yoxlamaq istəyirdim. Xorvatlara qarşı ilk 11-yi isə hələ müəyyən etməmişəm. Qarşıda hələ iki hazırlıq oyunu var. Bundan sonra mən xorvatlarla oyunda meydana çıxacaq əsas heyəti biləcəyəm.
- Bu toplanış Türkiyədə keçirilmiş ilk toplanışdan nə ilə fərqlənir?
- Orada biz üstünlüyü fiziki hazırlığa verirdik ki, uşaqlar özünə gəlsin. Prinsipcə, mən o taplanışdan razı qaldım. Ancaq daha dolğun cavabları mən Avstriyadakı yoxlama oyunlarında alacağam.
- Son vaxtlar sizin komanda yalnız bir yeni oyunçu əldə edib - qapıçı Saşa Stamenkoviç. Az deyil ki?
- Biz daha iki braziliyalını əldə etmək istəyirdik. Ancaq onların transferi müəyyən səbəblərdən baş tutmadı. Əlimiz altında olanlarla oynayacağıq. Gəlin unutmayaq ki, bu uşaqlar “Neftçi”yə çempionluq gətiriblər.
- Demək hesab edirsiniz ki, bu heyət “Neftçi”yə “Dinamo” üzərində qələbəni təmin edə bilər?
- Futbol tarixi daha səs-küylü qələbələr tanıyır. Biz Zaqrebə heç-heçə və ya məğlubiyyət dalınca getmirik. Yetirmələrimi ən münasib nəticəyə hazırlamaq lazımdı. Əminəm ki, Zaqrebi təəccübləndirmək gücündəyik.
- Deyəsən siz transfer pəncərəsinin açılışı ərəfəsində də komandaya çox yeni oyunçular cəlb etməyə hazırlaşmırdınız?
- Bəli, hesab edirəm ki, özək 80 faiz saxlanılmalıdı. Yoxsa yenidən xətlər arasında əlaqəni tənzimləmək, qarşılıqlı anlaşmanı yenidən qurmaq lazımdı. Əgər qarşıda avrokubok oyunları startı varsa, bu nəyə lazımdı?
- Siz “Dinamo”nu təhlil etməyə macal tapmısınız?
- Bəli, əlbəttə. Bu, çox texnikalı komandadı. Onların həm fərdi, həm də komanda baxımından güclü oyunçuları var. “Dinamo”nun keçmiş baş məşqçisi dövründə oyunlarına baxmağım başqa məsələ, düşünmürəm ki, Krunoslav Yurçiçin gəlişi ilə oyun tərzi çox dəyişmiş olsun.
- “Dinamo” ilə yaxın tanıçşlıqdan sonra “Neftçi”yə hansı şansları şamil edirsiniz?
- Kağız üzərində onlar bizdən hər şeydə güclüdürlər. Oyunçular, büccə, infrastruktur baxımından. Ancaq meydana on bir oyunçu çıxır. Hələ ki biz Zaqrebdə “Neftçi”nin heyətində kimlərin meydana çıxacağını bilmirik. Onlardan çox şey asılıdı. Futbolda hər şey olur.
- Şəxsən siz Çempionlar Liqasında hansı nəticəni qənaətbəxş hesab edirsiniz?
- Biz bacardıqca uzağa getmək istəyirik. Çıxışımızı bunun yekunlarına görə qiymətləndirəcəyik. Bir şeyi dəqiq deyə bilərəm: biz azarkeşlərimizin təəssüflənməməsi üçün hər şey etməyə çalışacağıq.
