3 iyul 2011 01:06
Neftçi`nin rəqibi məğlub oldu
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu növbəti yoxlama matçında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Zaqreb təmsilçisi Polşanın “Slensk” klubu ilə qarşılaşıb.
Qarşılaşma “Neftçi”nin rəqibinin 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Zaqreblilərin heyətində yeganə qolu 50-ci dəqiqədə Kovaçiç vurub. Lakin onun qolu ilk yarıda buraxılan qolların qarşılığında sadəcə təsəlli xarakteri daşıyıb.
Qeyd edək ki, “Dinamo” bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Kelava, Vrsaljko (Tomeçak, 63), Kufre (Vida, 63), Tonel, İbanes, Leko (Ademi, 73), Badelj (Çaqo, 46), Alispahiç (Kovaçiç, 46), Sammir, Krstanoviç (Şitum, 76), Beqiray (Silvestr, 46).
“Dinamo” bir neçə gün öncə Slovakiyanın “Ruzomberok” klubu ilə qarşılaşmış və 2:0 hesablı qələbə qazanmışdı.
