3 iyul 2011 13:31
Superliqada danışılmış oyunların siyahısı açıqlandı
Bu gün Türkiyədə “Fenerbahçe” klubunun prezidenti Əziz Yıldırım başda olmaqla 30-a yaxın klub rəsmisi və futbolçunun həbs olunduğunu xəbər vermişdik. Azerisport.az xəbər verir ki, onların adları danışılmış oyunlarda və rüşvət verməkdə hallandırılır.
Artıq danışılmış oyunların da siyahısı açıqlanıb. Belə ki, Superliqanın son mövsümünün “Eskişehirspor” – “Trabzonspor” (0:0), “Eskişehirspor” – “Fenerbahçe” (1:3), “Sivasspor” – “Fenerbahçe” (3:4) matçlarının nəticəsinin öncədən razılaşdırıldığı haqda iddialar qaldırılıb. Elə həbs olunanlar da məhz sözügedən klubların rəsmiləri və futbolçularıdı.
Sonda onu da xatırladaq ki, araşdırmalar davam etdikcə yeni faktlar ortaya çıxır və həbs olunanların da siyahısı genişlənir.
