3 iyul 2011 01:36
Amerika kubokunda ilk qələbə
Argentinada keçirilən Amerika Kuboku davam edir. Azerisport.az xəbər verir ki, bu gecə turnirin ikinci oyun günündə daha bir qarşılaşma baş tutub.
Bu dəfə Kolumbiya və Kosta Rika yığmaları qarşılaşıb. İlk yarının son dəqiqələrində vurulan qol kolumbiyalılara qələbə qazandırıb. Bu, həm də turnirin bu mövsümündəki ilk qələbə olub. Çünki açılış matçında Argentina Boliviya ilə heç-heçəyə (1:1) razılaşmışdı.
Qeyd edək ki, bu gün turnir çərçivəsində Braziliya – Venesuela və Paraqvay – Ekvador oyunları keçiriləcək.
A qrupu
1-ci tur
2 iyul
Kolumbiya - Kosta Rika – 1:0
Qol: Adrian Ramos, 45.
