3 iyul 2011 14:53
AZAL Albaniya millisinin üzvü ilə müqavilə bağladı
Transfer fəaliyyətini davam etdirən AZAL daha bir legionerlə müqavilə bağlayıb. Azerisport.az xəbər verir ki, bu Albaniya milli komandasını üzvü Ervin Bulkudu.
Sonuncu klubu Xorvatiyanın "Hajduk" klubu olan dayaq yarımmüdafiəçisi mövqeyində oynayır. Onunla bir illik müqavilə bağlanılıb.
Lakin qeyd edək ki, nə Bulku, nə də bosniyalı müdafiəçi Branislav Arseniyeviç Avropa Liqasının birinci təsnifat mərhələsinin oyunları üçün sifariş olunmayıb. Onlar yalnız paytaxt klubu ikinci mərhələyə adlayacağı halda komandaya kömək edə biləcək.
Xatırladaq ki, bu oyunçulardan öncə AZAL Amil Ağacanov (Muğan) və Elşən Məmmədovla (Muğan) müqavilə bağlamışdı.
