3 iyul 2011 20:45

Neftçi Timişoara`nı məğlub etdi (YENİLƏNİB)

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Zaqreb "Dinamo"su ilə oyunlara hazırlaşan "Neftçi" Avstriyada təlim-məşq toplanışını davam etdirir. Azerisport.az xəbər verir ki, Arif Əsədovun komandası bu gün ikinci hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununu keçirib.

Rəqib isə Rumıniya təmsilçisi "Timişoara" klubu olub. Əsədovun yetirmələri ardıcıl ikinci gün meydana çıxdığı görüşdə minimal hesabla qalib gəlib.

Xatırladaq ki, “Neftçi” dünən Avstriyada Albaniya çempionu “Skenderbeu” ilə də qarşılaşmış və 1:1 hesablı heç-heçəyə razılaşmışdı. “Ağ-qaralar” Türkiyə toplanışı çərçivəsində isə Ukraynanın “Metallurg” (Zaporojye) klubuna 3:0 hesabıyla qalib gəlmişdi.

Yoldaşlıq oyunu
3 iyul

Neftçi – Timişoara - 1:0 (0:0)
Qol: Mpenza, 66 (1:0).
 
"Neftçi": Rauf Mehdiyev (Saşa Stamenkoviç, 46), Ruslan Əmircanov (Rail Məlikov, 46), İqor Mitreski, Ruslan Abışov (Ruslan Qurbanov, 87), Tərlan Quliyev (Alessandro Viana da Silva, 46), Mirhüseyn Seyidov (Flavinyo, 46), Slavço Georgievski (Elmar Baxşiyev, 78), Cavid İmamverdiyev (Rodriqinyo, 46), Araz Abdullayev, Cavid Hüseynov (Rəşad Abdullayev, 46), Bahodir Nasimov (Emil Mpenza, 46).
 
Oyun başladı
5-ci dəqiqədə Mirhüseyn Seyidovun yerinə yetirdiyi cərimə zərbəsi təhlükəli alındı. Top qapıdan yan keçir
Hissənin ortalarında mübarizə əsasən meydanın mərkəzində davam edir
32-ci dəqiqədə "Timişoara"nın hücumu zamanı rəqib futbolçunun zərbəsindən sonra top qapının yanından keçir
41-ci dəqiqədə rəqib futbolçu Aleksandru Kurtianın 20 metr məsafədən zərbəsi qeyri-dəqiq alındı
Birinci hissə başa çatdı
İkinci hissə başladı
51-ci dəqiqədə Rail Məlikovun uzaq məsafədən vurduğu zərbədən sonra top qapının üstündən keçir
65-ci dəqiqədə Saşa Syamenkoviç iki dəfə ardıcıl komandamızı qoldan xilas edir
66-cı dəqiqədə Rodriqinyonun gözəl ötürməsindən sonra Mpenza hesabı açdı - 1:0
68-ci dəqiqədə "Neftçi"nin serbiyalı qolkiperi növbəti dəfə rəqibin təhlükəli zərbəsinin qarşısını alır
70-ci dəqiqədə Saşa Stamenkoviç "Neftçi"nin qapısına təyin olunan penalti zərbəsini dəf edir
"Timişoara" bu dəqiqələrdə hesabı bərabərləşdirməyə çalışır. Lakin 75-ci dəqiqədə Stamenkoviç növbəti dəfə inanılmaz reaksiya ilə qola imkan vermir
Oyun başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.