3 iyul 2011 15:18
Albanlar Flavinyonu bəyəndilər
"Komandanızdan çox xoşum gəldi. Bütün mövqelərdə güclü oyunçularınız var. Ancaq 9 nömrənizi (Flavinyonu nəzərdə tutur) xüsusilə fərqləndirərdim". Azerisport.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə yoxlama oyunundan sonra Albaniya çempionu "Skenderbu"nun baş məşqçisi Şpetim Duro deyib.
O, öz komandası ilə bağlı bunları bildirib: "Bu, bizim Avstriyada keçirdiyimiz ikinci yoxlama oyunumuz idi. Ümumiyyətlə, komandamdan razıyam, cünki iki gün ərzində iki oyun keçirmişik. Həftənin sonunadək daha bir görüşümüz var. Bir neçə futbolçu transfer etməyi planlaşdırırıq". (“Neftçi”nin saytı)
