3 iyul 2011 15:55

Andrey Razin: AZAL bəxtdən şikayətlənmək əvəzinə qol vurardı

AZAL-ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi Belarus “Minsk”inin yarımmüdafiəçisi Andrey Razin azerisport.az saytına müsahibəsində Bakıdakı ilk oyundan (1:1) və növbəti mərhələ şanslarından danışıb.
 
- İlk oyunu necə dəyərləndirərdiz?
- Hissə yarım bərabər səviyyəli mübarizə şəraitində keçdi. Amma sonda süni örtükdə oynamağımız öz sözünü dedi. Belə örtükdə oynamağa alışmamışdıq. Çünki biz öz oyunlarımızı və məşqlərimizi təbii ot örtüyündə həyata keçiririk.
 
- Adətən qonaq komandalar Bakıda istidən şikayətlənirlər...
- Siz məni sadəcə qabaqladınız. Üstəlik iqlim dəyişikliyi də özünü göstərdi. Minskdə hazırda 18-20 dərəcə isti var. Amma sizdə 30 dərəcə isti vardı. İsti və boğucu havaydı. Orqanizm belə hava şəraitində çətin dözür.

- Deməli, ikinci hissədə siz özünüz qapınıza çəkilmişdiz, bunaAZAL  məcbur etməmişdi?
- Belə də demək olar. Baxmayaraq ki, komandanız bir qədər fəal idi. Dolu tribunalar da onları irəli səsləyirdi. Amma biz də boş oturmurduq. Komandamız əks-hücumlar təşkil edirdi.
 
- AZAL cəbhəsi belə hesab edir ki, qonaq komandanın daha çox bəxti gətirdi...
- Bütövlükdə mən hesabın oyuna görə olduğunu düşünürəm. Qol vəziyyətləri həm onlarda, həm də bizdə olurdu.
 
- Deməli, bəxtinizin gətirdiyini düşünmürsüz?
- Axı niyə belə? Vəziyyətlər vardı, vurmaq lazım idi, bəxtə bel bağlamaq lazım deyildi.
 
- AZAL-ı ümumiyyətlə necə dəyərləndirərdiz?
- Prinsipcə, nə gözləyirdimsə, onu da gördüm. Buna qədər Azərbaycanda olmamışdım. Komandalarınızla da oynamamışdım. Xoşagəlimli komandadı.
 
- Cavab oyununda necə olacaq?
- Müsbət nəticəyə ümid bəsləyəcəyik. Artıq qələbə qazanmaq lazımdı. Yaxşısı budu, komandanız gəlsin, özü görsün.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.