3 iyul 2011 18:54
Bakı Latviya millisinin daha bir üzvü ilə müqavilə bağladı (FOTO)
“Bakı” futbol klubu daha bir transfer reallaşdırıb. Azerisport.az xəbər verir ki, paytaxt klubu latviyalı futbolçu Denis İvanovla 2 illik müqavilə imzalayıb.
Latviya milli komandasının şərəfini qoruyan İvanov Türkiyənin “Sivasspor” klubundan transfer olunub. O, 11 noyabr 1984-cü il tarixdə Liepayada (Latviya) anadan olub. 27 yaşlı mərkəz müdafiəçisinin boyu boyu 184 sm təşkil edir.
Denis peşəkar futbol karyerasına 2001-ci ildə “Metallurg” Liepaya klubunda başlayıb. 2010-cu ildə Cənubi Afrika Respublikasının “Ajax Cape Town” klubunun heyətində çıxış edib. Son mövsümü Türkiyə Superliqasının “Sivasspor” klubunda keçirən İvanov 17 rəsmi oyunda meydana çıxıb.
Denis İvanov Latviya milli komandasında 41 oyun keçirib, 2 qola imza atıb.
