3 iyul 2011 11:28
Adrian Pit: Kim deyir ki, mən klubsuzam?
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit azerisport.az saytına müsahibəsində komandaya qoşulmamasının səbəblərindən danışıb.
- Adrian, hazırda hardasız?
- Evdə, Rumıniyada.
- Heç bir komandayla məşq etmirsiz?
- Xeyr, mənim özümün fərdi məşq sistemim var.
- Xeyr, mənim özümün fərdi məşq sistemim var.
- Deyəsən, özünüzə yeni iş yeri tapmağa elə də tələsmirsiz...
- Hazırda mənim bəzi variantlarım var, sadəcə baxmaq lazımdı.
- Variantlar arasında “Xəzər Lənkəran”da qalmaq da var?
- Ola bilər, var.
- Ola bilər, var.
- Əgər belədirsə, qəribədi: komanda Avropa Liqasında çətin sınağa hazırlaşır, siz isə evdə istirahət edirsiz. Maraqlıdı, necə olur ki, “Xəzər Lənkəran”ın aparıcı oyunçularından biri indi klubsuz qalır?
- Kim deyir ki, mən klubsuzam? (gülür). Mənim klubum var. Sadəcə, hələ müqavilə bağlamamışam.
- Kim deyir ki, mən klubsuzam? (gülür). Mənim klubum var. Sadəcə, hələ müqavilə bağlamamışam.
- Ad açıqlamaq istəmirsiz?
- Nə vaxt imza atsam, onda mütləq açıqlaram. Hazırda əla istirahət keçirirəm. Əgər düzünü desəm, Azərbaycanda mövsüm bütün komandanı yorub. Ona görə də hamımıza istirahət lazım idi.
- Qarşıda “Xəzər Lənkəran”ı İsrail “Maccabi”si ilə oyunlar gözləyir. Təl-Əviv klubu haqda nə bilirsiz?
- Qətiyyən heç nə bilmirəm. Mən belə bir komanda haqda eşitmişəm. Amma xüsusi olaraq heç nə bilmirəm.
- Qətiyyən heç nə bilmirəm. Mən belə bir komanda haqda eşitmişəm. Amma xüsusi olaraq heç nə bilmirəm.
- Amma bütövlükdə, yəqin ki, İsrail təmsilçisini Azərbaycan klubundan güclü hesab edirsiz?
- Əgər nəzərə alsaq ki, onlar avrokubokların qrup mərhələsində çıxış edib, bəli. Amma belə müasir futbolda hər şey baş verə bilər.
- Sizcə, “Xəzər Lənkəran”ın qrup mərhələsinə vəsiqə qazanmaq vəzifəsini yerinə yetirməsi mümkündü?
- Niyə də yox? Orda müxtəlif ölkələrin təmsilçiləri çıxış edir. Niyə orada Azərbaycan klubu da olmasın? Hər şey mümkündü.
- Niyə də yox? Orda müxtəlif ölkələrin təmsilçiləri çıxış edir. Niyə orada Azərbaycan klubu da olmasın? Hər şey mümkündü.
- Mirça Rednik bu məqsədə nail ola biləcək məşqçidi?
- O, dünyanın ən yaxşı məşqçisidi. Yəni mənim üçün. Artıq onunla birgə işləmək imkanım olub. Onun fəaliyyət proqramı çox yüksək səviyyədədi.
- Sizcə, Uinston Parksın “Bakı”ya keçməsi komandaya ciddi təsir göstərməyəcək ki?
- Parks əla oyunçudu. Amma “Xəzər Lənkəran” uğura onunla yox, kollektiv oyunla nail oldu. Buna görə də hansısa futbolçunun yoxluğunun komandada qlobal problemlər yaradacağını düşünmürəm.
- Parks əla oyunçudu. Amma “Xəzər Lənkəran” uğura onunla yox, kollektiv oyunla nail oldu. Buna görə də hansısa futbolçunun yoxluğunun komandada qlobal problemlər yaradacağını düşünmürəm.
