3 iyul 2011 00:06
Qarabağ Banga ilə oyunda yeniliyə hazırlaşır
Məlum olduğu kimi, iyulun 7-də “Qarabağ” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Bakıda Litvanın “Banga” klubunu qəbul edəcək. Azerisport.az xəbər verir ki, Ağdam klubu ev oyununa yeni formalarla çıxmağa hazırlaşır.
Belə ki, komanda yeni mövsümdən fərqli forma altında çıxış etməyə qərar verib. Bu formalar da ilk dəfə məhz “Banga” ilə ev matçında istifadə olunacaq.
Qeyd edək ki, sözügedən formalar “Kappa” firması tərəfindən hazırlanıb.
