3 iyul 2011 12:27
Arif Əsədov Mpenzanı təriflədi
“Neftçi”nin baş məşqçisi Arif Əsədov komandasının belçikalı hücumçusu Emil Mpenzanın Albaniya çempionu “Skenderbeu” klubu ilə görüşdəki oyununu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
“Onun albanlarla oyundakı çıxışı mənim xoşuma gəldi. O, çox təhlükəli iki qol vəziyyəti yaratdı. Düzdü, bunların heç birindən yararlana bilməsə də, oyunun ən yaxşılarından oldu. Məhz onun albanların müdafiə xəttini çaş-baş salması nəticəsində penalti qazandıq ki, Flavinyo da bundan dəqiq yararlandı. Mən hesab edirəm ki, Mpenza hələ forma yığır və Çempionlar Liqasının oyunlarına kimi daha da artıracaq. Görünür, rəqabət ona kömək edir”.