3 iyul 2011 01:27
XL Almaniya klubuna belə uduzdu (FOTOLAR)
Avstriyada hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran"ın Almaniya ikinci Bundesliqasının təmsilçisi "İnqolştadt" komandası ilə yoldaşlıq oyunu keçirdiyini xəbər vermişdik. Azerisport.az bir daha xatırladır ki, cənub təmsilçisi bu görüşdə 1:4 hesabıyla məğlub olub.
Komandamız oyuna aşağıdakı start heyəti ilə çıxıb: Kamran Ağayev (k), Eder Bonfim, Andre Mureşan, Elnur Allahverdiyev, Dino Eze, Elnur Abdullayev, Dieqo Souza, Julius Vobay, Tosin Dosunmu, Borbeli Çaba, Florin Hidişan.
İlk dəqiqələrdən bərabər səviyyədə keçən matçda dəqiqələr keçdikcə yeni qurulan müdafiənin buraxdığı səhvlər nəticəsində rəqib iki dəfə fərqlənib. İkinci hissədə isə məşqçilər korpusu Elvin Beqiri, Şəhriyar Xəlilov, Kamal Bayramov, Katalin Doman, Rahid Əmirquliyev, Joao Paulo Pinto, Emeka Opara, Marius Onofranş və Rikardonu meydana buraxıb. Rəqibin ikinci hissədə vurduğu daha bir qola yeni transfer Joao Paulo Pinto penalti zərbəsi ilə cavab verərək hesab arasındakı fərqi azaldıb. Lakin son dəqiqələrdə “ İnqolştadt” klubu daha bir dəfə fərqlənərək yekun hesabi müəyyənləşdirib.
