4 iyul 2011 13:12
AFFA yığmamızı Avstriyaya göndərir
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Avstriyanın Lofer şəhərində təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi iyulun 12-dən 22-ə qədər davam edəcək.
Lakin hələlik toplanışa dəvət olunmuş futbolçuların siyahısı dəqiqləşməyib. Baş məşqçi Vəli Qasımov bu barədə qərarını qarşıdakı günlərdə açıqlayacaq.
