4 iyul 2011 13:24
Neftçi`nin rəqibindən növbəti darmadağın
Azərbaycan çempionu “Neftçi”nin UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “Dinamo” (Zaqreb) növbəti sınaq matçını keçirib. Azerisport.az xəbər verir ki, Xorvatiya çempionunun bu dəfəki rəqibi hazırlıq keçdiyi Sloveniyanın yerli klublarından “Limpus” olub.
Xorvatlar qarşılaşmanı 3:0 hesablı qələbə ilə başa vurublar. Öncə 4-cü dəqiqədə Ademi “Dinamo”nu sevindirib. 50-ci dəqiqədə Kramariç hesab arasındakı fərqi artırıb. Matçdakı son qol isə rəqib futbolçunun 73-cü dəqiqədəki avtoqolu sayəsində gerçəkləşib.
Qeyd edək ki, “Dinamo” bu oyunda aşağıdakı heyətlə mübarizə aparıb: Lonçariç, Tomeşak, Barbariç (Alispahiç, 46) , Vida, İbanes (Vrsaljko, 46), Kalello, Ademi, Kovaçiç, Şitum, Kramariç, Silvestr.
“Dinamo” bundan öncə Polşanın “Slensk” klubu ilə qarşılaşmada 1:2 hesablı məğlubiyyətlə barışmalı olmuşdu.
