4 iyul 2011 01:29
Qarabağ`ın rəqibi Bakıya qələbəylə gəlir
Litva çempionatında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsiində “Qarabağ”ın rəqibi olan “Banga” hesabat turunu qələbə ilə başa vurub.
Arminas Narbekovasın yetirmələri səfərdə “Suduva” ilə qarşılaşıb. Qarşılaşma qonaq komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçdakı yeganə qolu isə Andryus Lipskis vurub.
Bu nəticədən sonra “Banga” 25 xalla 5-ci pillədəki yerini qoruyub. “Suduva” isə 36 xalla üçüncü pillədədi.
Xatırladaq ki, “Qarabağ”la “Banga” arasındakı ilk matç Qarqjdayda baş tutmuşdu və komandamız 4:0 hesablı inamlı qələbə qazanmışdı.
