4 iyul 2011 13:45

Premyer Liqamızda növbəti almaniyalı baş məşqçi (FOTO)

“Sumqayıt Şəhər” Peşəkar Futbol Klubunun növbəti mövsümdən Premyer Liqada iştirak edəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, birinci divizionda ötən mövsümün yekunlarına əsasən Premyer Liqaya vəsiqə qazanan “Abşeron”un rəhbərliyi klubun maliyyə problemləri ilə əlaqədar olaraq elitada çıxışdan imtina etdiyi üçün məhz Sumqayıtın yeni yaradılan klubu bununla bağlı Peşəkar Futbol Liqasına müraciət edib.
 
Artıq bu klubun maliyyə stabilliyini və Premyer Liqada iştirak etməsi ilə bağlı istəyini nəzərə alan PFL rəhbərliyi müraciəti müsbət qarşılayıb.
 
Sumqayıt təmsilçisinin baş məşqçisinin kimliyi də müəyyənləşib. Belə ki, bu komandanı almaniyalı Bernard Raab çalışdıracaq. Onun köməkçiləri isə Təbriz Həsənovla Aslan Kərimov olacaq. Hansı ki, bu iki mütəxəssis hazırda aşağı yaş qruplarından ibarət yığmalarımızda çalışırlar.
 
Qeyd edək ki, Raab əsasən Almaniyanın aşağı liqalarında çalışıb və elə də böyük təcrübə və uğur sahibi deyil.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.