4 iyul 2011 14:45
Neftçi üçün 1,5 milyon dollarlıq mükafat!
Azərbaycan çempionu “Neftçi”nin üzvlərini UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsini uğurla adlayacaqları halda böyük mükafat gözləyir. Azerisport.az xəbər verir ki, bu haqda Xorvatiya Kütləvi İnformasiya Vasitələri məlumat yayıb.
Məlumatda bildirilir ki, Azərbaycan çempionunun prezidenti Sadıq Sadıqov komandamızın üzvlərinə Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunu mübarizədən kənarlaşdırmaq üçün yaxşı mükafat söz verib. “Ağ-qaralı” futbolçular və texniki heyət ÇL-in üçüncü təsnifat mərhələsinə vəsiqə müqabilində 1,5 milyon ABŞ dolları qazanmış olacaq.
Qeyd edək ki, “Neftçi” və “Dinamo” arasındakı ilk oyun iyulun 13-də Zaqrebdə, cavab görüşü isə ayın 19-da Bakıda baş tutacaq.
