4 iyul 2011 15:01
Şahin Diniyev: Belə şərtlərlə işləmək istənilən məşqçiyə xoşdu
İranın “Rah Ahan” klubunun azərbaycanlı yeni baş məşqçisi Şahin Diniyev azerisport.az saytına müsahibəsində yeni komandasından, məqsədlərindən və Tehran klubunda çalışan erməni mütəxəssisdən danışıb.
- Siz, İran klubuyla danışıqlara nə vaxtdan başlamışdınız?
- Hər şey çox tez baş verdi. Çərşənbə axşamı mənə zəng vurdular, istəklərini bildirdilər və klub haqda məlumat verdilər. Səhəri gün - iyulun 1-də isə öz nümayəndələrini Bakıya göndərdilər. “Rah Ahan” rəsmiləri ilə birgə Tehrana yollandıq. İndiyədək özümə də qaranlıq qalıb ki, onlar niyə məhz mənə üstünlük veriblər. Hər halda, danışdıq və bütün məsələlərdə razılığa gəldik. Müqavilənin şərtləri bəllidi. İyulun 7-də İrana yola düşəcəm. Səhəri gün isə bir illik müqavilə bağlayacağam. Hesab edirəm ki, İranda çalışmaq olduqca maraqlıdı. Özü də mənim qarşımda yeni komanda yaratmaq vəzifəsi qoyulub.
- Klubun şəraiti ilə tanış ola bildiniz?
- Yeni komandamın əla bazası var. Məşq üçün ehtiyat dörd meydançası var. Onlardan ikisi süni örtüyə malikdi. Ev oyunlarını keçirdiyi arena 15 min azarkeş tutumuna malikdi. Bir sözlə, şərait çox yaxşıdı. Sadəcə, işləmək qalır.

- Hələ azərbaycanlı futbolçulara dəvət göndərmək haqda düşünməmisiz?
- Hələ ki, yox. Çünki hələ özüm də yeni komandamın futbolçularından xəbərsizəm. Ona görə də bu haqda düşünmək bir qədər tezdi.
- Hələ ki, yox. Çünki hələ özüm də yeni komandamın futbolçularından xəbərsizəm. Ona görə də bu haqda düşünmək bir qədər tezdi.
- Artıq köməkçilərinizi müəyyənləşdirmisiz?
- Mən hələlik onların razılığını almadığım üçün adlarını açıqlamaq istəməzdim. Mənim dörd köməkçim olacaq. Onlardan üçü azərbaycanlı, biri isə yerli müyəxəssis olacaq. İran çempionatı iyulun 28-də start götürəcək. Buna görə də mənim çox az vaxtım var. Mən artıq komanda üçün yoldaşlıq oyunlarına rəqib axtarmağı tapşırmışam. Üç legioner dəvət etməyi planlaşdırırıq.

- Siz bilirsiz ki, bu komandanın qapıçılarla işləyən məşqçisi Ermənistan yığmasının sabiq qapıçısı Arutyun Abramyandı?
- Xeyr. Mən onunla birgə işləməyəcəm. Axı yeni baş məşqçi mənəm və hər bir mütəxəssisin də öz məşqçi korpusu olur. Ola bilər ki, o, vaxtilə burda çalışsın. Amma indi komandanın yeni rəhbərliyi var. Cəmi 15 gün öncə bu klubu öhdəliyinə götürüb. Onlar mənimlə işləməyə qərar veriblər, mən isə istədiyim köməkçilərlə çalışacağam.
- Qarşınıza hansı vəzifə qoyulub?
- Başlanğıc üçün əsas vəzifəmiz ilk onluğa düşmək olacaq. Gələcək üçün hər şey daha da yaxşı ola bilər. Klub rəhbərliyi gələcəkdə liderlərlə mübarizə apara biləcək yeni komanda yaratmaq istəyir. Onların ideyaları xoşuma gəldi. Belə şərtlər altında istənilən məşqçiyə işləmək çox xoşdu.

- Bir müddət öncə Ramiz Məmmədov Qazaxıstanın “Atırau” klubundakı işindən imtina etməli oldu və vətənə döndü. Eyni uğursuzluqla üzləşməkdən qorxmursuz?
- İranda çalışmaq mənim ilk legioner həyatım deyil. Qroznı “Terek”ində də məşqçi kimi çalışmışam. Oyunçu kimi də müxtəlif çempionatlarda çıxış etmişəm. Düzdü, evdən kənarda çalışmaq çox çətindi. Amma bizim də işimiz belədi. Ona görə də hesab edirəm ki, məndə hər şey alınacaq. Başlıca odu ki, heç nədən qorxmayasan və özünə inanasan.