4 iyul 2011 15:12
Aslan Kərimov: Əsas işim Sumqayıt klubunda yox, millidə olacaq
“Qarabağ”ın sabiq oyunçusu Aslan Kərimov Azərbaycan Premyer Liqasının debütantı “Sumqayıt-Şəhər”lə bir illik müqavilə bağlayıb. Azerisport.az saytına açıqlamasında o, Sumqayıt təmsilçisində fəaliyyətə başlaması ilə bağlı bunları dilə gətirib:
“Deməzdim ki, oyunçu karyeramı yenidən bərpa edirəm. Sadəcə, məni gənc futbolçulara yardımçı olmağa dəvət ediblər. Tez-tez oynamalı olmayacağam. Daha çox məşqlərdə kömək edəcəm. Mənim əsas işim isə Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət yığmasındadı. Təlim-məşq toplanışları vaxtı Sumqayıt təmsilisindən ayrılacağam”.