4 iyul 2011 15:33
Neftçi rəsmiləri Dinamo`nun düşərgəsində
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu "Neftçi"nin rəqibi "Dinamo"nun (Zaqreb) dünən yoxlama oyunu keçirdiyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, Xorvatiya çempionunun Sloveniya “Limbus”u ilə oyununu Bakı klubunun nümayəndələri də izləyiblər.
Onların kimliyi barədə konkret məlumat olmasa da, Zaqreb təmsilçisinin rəsmi saytı 3:0 hesabıyla qələbə qazandıqları görüşdə “Neftçi” rəsmilərinin də olduğunu yazıb. Onlar hətta bu matçı videolentə almağa da çalışıblar. Lakin xorvatlar buna imkan verməyiblər.
Qeyd edək ki, “Neftçi” və “Dinamo” arasındakı ilk oyun iyulun 13-də Zaqrebdə, cavab görüşü isə ayın 19-da Bakıda baş tutacaq.
