4 iyul 2011 16:02

Şahin Diniyevin yeni komandasını yaxından tanıyaq

Xəbər verdiyimiz kimi, Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev yenidən ölkə xaricində çalışacaq. Azerisport.az xəbər verir ki, bir müddət Rusiyanın "Terek" klubunun əvəzedici komandasına və əsas heyətinə başçılıq edən, həmçinin əsas komandada köməkçi məşqçi işləyən Diniyevin bu dəfəki ünvanı İran çempionatı olacaq.
 
Qonşu ölkə çempionatının güclülər dəstəsində çıxış edən "Rah Ahan"la anlaşan millimizin sabiq çalışdırıcısı iyulun 8-də rəsmi müqaviləyə imza ataraq, yeni işinə start verəcək. Biz isə onun klubu ilə sizi yaxından tanış etmək istərdik.
 
Tam adı "Rah Ahan Football Club Shahr-e-Rey" olan komanda 1937-ci ildə yaradılıb. Komanda ev oyunlarını Tehranın Ekbatan qəsəbəsindəki 15 min yerli "Rah Ahan" stadionunda keçirir. Klubun prezidenti Məhəmməd Həsən Ansarifarddı. Şahin Diniyev baş məşqçi postunda Mehdi Tartarı əvəzləyəək.
 
"Rah Ahan" 1937-ci ildə İran Dəmir Yolları İdarəsi tərəfindən yaradılıb və bu gün də klub məhz bu dövlət təşkilatının nəzdindədi. "Rah Ahan" uzun illər "İstiqlal" klubu üçün baza rolunu oynayıb. Belə ki, Dinyievin yeni komandası həmişə "İstiqlal" üçün oyunçu yetişdirib. Lakin son illər "Rah Ahan"dan "İstiqlal"a gedənlərin sayında azalma müşahidə olunur.
 
Tehranda yaradılan və uzun illər bu şəhəri təmsil edən komanda 2008-ci ildə Rey şəhərinə köçürülüb. Buna səbəb isə İran paytaxtında klubularının sayının çoxluğu olub.
 
"Rah Ahan"ın İran Pro Liqasına yüksəlişi qalmaqalla baş tutub. Belə ki, 2004-2005 mövsümündə aşağı dəstədə - Azadegan Liqasında çıxış edən komanda futbol federasiyası tərəfindən Pro Liqaya buraxılıb. Buna səbəb "Sənət Neft"lə bağlı qaldırılan məhkəmə iddiaları olub. 2005-2006 mövsündə "Sənət Neft"dən məhkəməyə bir neçə şikayət daxil olub və İran məhkəməsi bu klubun cəzalandırılmasına qərar verib. Bundan sonra "Rah Ahan" Pro Liqaya buraxılıb.
 
"Rah Ahan"ın Pro Liqadakı ən yaxşı nəticəsi 2008-2009 mövsümündə qeydə alınıb. Həmin mövsüm komanda 11-ci pilləni tutub və ölkə kubokunun finalına çıxıb. 2005-2006-da 13-cü, 2006-2007-də 16-cı, 2007-2008-də 12-ci olan komanda son mövsümdə 15-ci pilləni tutub.
 
"Rah Ahan"da əvvəllər İran əsas və aşağı yaş qrupları üzrə yığmalarında oynamış Farşid Kərimi, İbrahim Kərimi, Kamal Kamyabinya, Bahadur Abdi, Həsən Rudbarian, Məhəmməd Saleh Xəlil çıxış edir.
 
Ötən mövsüm komandada 4 legioner oynayıb. Bunlardan biri Suriya yığmasının üzvü Mahmud Əl Əmenahdı. Onunla yanaşı braziliyalılar - Rodriqinyo, Rikardinyo və litvalı Mantas Savenas komandanın uğurları üçün çalışıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.