4 iyul 2011 16:18
Qarabağ`ın müdafiəçisi Turan`la müqavilə bağladı
“Qarabağ”ın sabiq müdafiəçisi Aftandil Hacıyev bundan sonrakı karyerasını “Turan”da davam etdirəcək. Azerisport.az xəbər verir ki, Ağdam klubunun oyunçusu artıq Tovuz klubuyla münasibətlərini rəsmiləşdirib.
Hacıyev yeni klubu ilə müqavilə də imzalayıb. Futbol qarşıdakı mövsümü məhz Əsgər Abdullayevin rəhbərliyi altında keçirəcək.
“Turan” Aftandillə yanaşı “Simurq”un qapıçısı Adnan Hodziçi də heyətinə qatmağa yaxındı. O, hazırda baxışdadı.
Əsgər Abdullayevin son günlər baxışda olan Revaz Tevdoradze, Denis Aleksiç və Vüqar Həsənlidən imtina etdiyini də vurğulayaq.
