4 iyul 2011 16:33
XL-ın taleyinə yunan və ukraynalılar aydınlıq gətirəcək
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”ın UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsindəki rəqibi “Maccabi” (Təl-Əviv) ilə oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, artıq UEFA həm İsraildə baş tutacaq ilk, həm də Lənkərandakı cavab görüşünün baş hakiminin adını açıqlayıb.
Belə ki, Təl-Əvivdəki görüşü yunanıstanlı İlias Spathas idarə edəcək. 14 iyul tarixdə keçiriləcək həmin oyun Bakı vaxtı ilə saat 22:30 (yerli vaxtla 20:30) da başlayacaq. Qarşılaşma “Blumfild” stadionunda keçiriləcək.
İsrail klubuyla Lənkəranda baş tutacaq matçın start fitini isə Bakı vaxtı ilə 20:30-da ukraynalı FİFA referisi Andrey Şandor səsləndirəcək. Qeyd edək ki, qarşılaşma iyulun 21-də Lənkəran şəhər stadionunda baş tutacaq.
