4 iyul 2011 17:42
Banga`nın Qarabağ`la oyun öncəsi planları bəlli oldu
"Qarabağ"ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi Litvanın "Banga" klubunun ölkəmizə gələcəyi tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun səfərdə darmadağın etdiyi (4:0) komanda cavab qarşılaşması üçün iyulun 6-da, saat 18:00 rədələrində Bakıda olacaq.
Arminas Narbekovasın yetirmələri elə həmin gün axşam saat 21:00-da oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda açıq məşqə çıxacaqlar.
Qeyd edək ki, “Qarabağ” – “Banga” oyunu iyulun 7-də məhz mərkəzi arenada keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
