4 iyul 2011 17:55
Qarabağ - Banga matçının biletləri satışda
Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycanın “Qarabağ” və Litvanın “Banqa` klubları arasında keçiriləcək cavab görüşünün biletləri artıq satışa çıxır. Azerisport.az xəbər verir ki, sözügedən görüşə biletləri sabahdan etibarən əldə etmək mümkün olacaq.
“Qarabağ” – “Banga” oyununun biletlərini sabah səhər 9:00-dan etibarən oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından, eyni zamanda “Böyük Fırat” restoranlar şəbəkəsindən əldə edə bilərsiz.
Bilətlərin qiyməti sektorundan asılı olmayaraq (1-dən 28-ə qədər) 1 AZN, VİP sektorlara isə 10 AZN dəyərindədi. 29-32-ci sektorlar isə dəvətnamə şəklindədi.
Xatırladaq ki, Avroliqanın birinci təsnifat mərhələsinin “Qarabağ” - “Banga” cavab oyunu iyulun 7-də saat 21:00-da keçiriləcək.
