4 iyul 2011 18:37

Vaqif Sadıqov: Abışovla Ağayev Rusiyada çıxış edə bilər

Rusiyanın “Anji” klubunun baş məşqçisi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində komandadakı durumundan, millimizin hücumçusu Vaqif Cavadovun “Volqa”ya keçidinən və başqa məqamlardan danışıb.
 
- “Anji”dəki işləriniz necə gedir?
- Çox şadam ki, belə bir klubda işləyirəm. Rusiya futbolunun səviyyəsi çox yüksəkdi. Burda tamamilə ayrı futbol, ayrı çempionatdı. Premyer Liqada çox güclü legionerlər, futbolçular çıxış edirlər. Klublar sürətli futbol sərgiləyirlər ki, bu da matçlara marağı artırır. Mənə burda işləmək çox xoşdu. Hər oyunda yeni nəsə öyrənirəm. Bu da mənim gələcək karyeram üçün böyük önəm daşıyır.

- Azərbaycan və Rusiya futbolunu necə müqayisə edərdiniz?
- İstənilən halda səviyyə fərqi var. Burda Rusiyada çox yüksək səviyyəli legionerlər çıxış edirlər ki, onları bütün Avropa tanıyır. Onların yanında top qovan gənclər də böyük təcrübə toplamış olurlar. Bu, çox böyük amildi. Azərbaycan futbolunda sürət çatışmır. Bizə hələ vaxt lazımdı. Nəticə üçün həmişə vaxt tələb olunur. Bizdə tanınmış legionerlər də azdı.
 
- Sizcə, hansı futbolçularımız Rusiya Premyer Liqasında çıxış edə bilərlər?
- Belə oyunçularımız var. Məsələn, Ruslan Abışov, Kamran Ağayev ortabab klublarda özlərini yaxşı tərəfdən göstərə bilərlər. Əsas odu ki, rəqabətdən qorxmayasan. Hər şey futbolçulardan asılıdı. Əgər onlar bu klublara keçməyi istəmirlərsə, deməli, orda oynaya bilməzlər.
 
- “Anji”nin qarşısına bu mövsüm hansı vəzifə qoyulub?
- Klub rəhbərliyi bizim qarşımıza ilk “səkkizliy”ə düşmək vəzifəsini qoyub. Bu, birinci mərhələ üçündü. Əlbəttə, uğurlu çıxış sayəsində daha üst pillələrə də çıxmaq mümkündü. Bilirsiz, Rusiyada asan oyunlar yoxdu. Hətta autsayderlər də baxımlı oyun sərgiləyirlər. Komandamızda çoxlu yaxşı futbolçular çıxış edir. Elə təkcə Roberto Karlosu qeyd etmək bəsdi. Çox ciddi inşandı, öz işini sevir. Bizə də belə futbolçuyla birgə çalışmaq çox xoşdu. O, həqiqətən peşəkardı.
 
- Azarkeşlərin ona banan atması böyük münaqişəyə səbəb oldu. Karlos özü buna necə reaksiya verdi?
- Bütün idman ictimaiyyəti braziliyalını müdafiə etdi. Yalnız futbolçular yox, azarkeşlər də belə münasibətdən kəskin narazıdı. Bütün dünya rasizmə qarsıdı. Buna görə də hamımız Karlosun yanındayıq.
 
- Millimizin hücumçusu Vaqif Cavadovun “Volqa”ya keçidini necə qarşıladınız?
- Bilirsiz, Rusiya çempionatında bütün klublar baxımlı oyuna üstünlük verir. “Volqa”, Nalçik “Spartak”ı kimi klublar olduqca yaxşı oyun sərgiləyirlər. “Volqa” bizə qarşı da yaxşı oynamışdı. Ancaq ikinci hissədə təcrübələri çatmadı. Hesab edirəm ki, Cavadovun bu komandaya keçidi onun karyerasında irəliyə doğru addımdı. O, bu şansdan maksimum yararlanmalıdı. Əsas heyətə düşə bilsə, bu, onun üçün böyük üstünlük olacaq. Bu, onun Azərbaycan millisinin heyətinə düşməsinə də şərait yaradacaq.

- Klublarımızın avrokuboklardakı nəticələri ilə maraqlanırsız?
- “Qarabağ” qələbə qazandı və göstərdi ki, rəqibinə ciddi yanaşır. Onlar praktiki olaraq növbəti mərhələyə adlayıblar. AZAL da layiqli oynadı. Sadəcə onların bəxti gətirmədi. Onlar “Minsk”i səfərdə uda bilərlər. Təkcə AZAL-a yox, bütün klublarımıza inanıram. Onlara uğurlar arzulayıram, Hesab edirəm ki, hər bir klubumuz ən azı bir mərhələ keçməlidi. Onlar nəhayət Avropada öz sözlərini deməlidilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.