4 iyul 2011 20:16
Dinamo – Neftçi matçının biletləri satışa çıxdı
Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Dinamo" (Zaqreb) - "Neftçi" matçının biletləri artıq satışa çıxarılıb. Azerisport.az xəbər verir ki, bu haqda "Dinamo"nun rəsmi saytı məlumat yayıb.
Rəsmi məlumatda iyulun 13-də Zaqrebin "Maksimir" stadionunda keçiriləcək görüşün biletlərinin qiymətləri də açıqlanıb. Belə ki, "Dinamo" - "Neftçi" matçını izləmək istəyən azarkeşlər üçün ən ucuz biletin 1 kn, ən bahalı biletin isə 10 kn olduğu bildirilir.
Qeyd edək ki, "Maksimir" stadionu 40 minə yaxın tamaşaçı tutumuna mailkdi.
