4 iyul 2011 11:28

Mpenza: Dinamo ilə qarşılaşma Neftçi`dəki ən vacib oyunlarım olacaq

Azərbaycan çempionu “Neftçi”nin hücumçusu Emil Mpenze azerisport.az saytının suallarını cavablandırıb.
 
- Emil, Zaqreb “Dinamo”su ilə düşdüyünüzü eşidəndə nə düşündünüz?
- Bu komanda haqda çox şey bilməməyim haqda (gülür). Xorvatiya futbolu təbii ki, çox güclüdü. Amma rəqibimiz barədə az məlumatım var.
 
- İndi daha çox şey öyrənə bilmisizmi?
- Bəli. Bizə onların matçlarını izləmək də lazım gələcək. Amma analizləri təbii ki, məşqçi korpusu aparmış olacaq.

- Bəs siz bilirsiz ki, “Dinamo”nun müdafiəsi argentinalı Kufre, portuqaliyalı Tonel kimi futbolçulardan təşkil olunub?
- Həyata keçirilməyən tapşırıq, keçilməz müdafiəçi yoxdu. Mənim təcrübəmə güvənə bilərsiz.
 
- Təcrübəniz həqiqətən böyükdü. Amma Avropada artıq sizi unudublar...
- Çempionlar Liqasında Emil Mpenza yox, “Neftçi” oynayacaq. Mənim üçün əsas komandamın nəticəsidi. Əgər komandam qələbə qazansa, mən qol vurmasam da olar. Bunun əksi daha pis olar.
 
- Nə əcəb digər məqamlar haqda düşünmürsüz? Məsələn, özünüzü göstərib yenidən Belçika yığmasına qayıtmaq haqda?
- Mən bu haqda fikirləşmirəm. Mənim əsas məqsədim komandamla Çempionlar Liqasında uğurlu çıxış etməkdi.

- Azərbaycan çempionatında elə də çox qol vura bilmirdiz. ÇL-də daha çox fərqlənəcəyinizə zəmanət var?
- Futbolda zəmanət olmur. Mən sadəcə onu söz verə bilərəm ki, bunun üçün mümkün hər şeyi edəcəm. Mən özüm də çıxışımdan narazıyam. Amma mənim ötən mövsümkü uğursuz çıxışımı unutdurmaq şansım var.

- Bir neçə il öncə “Dinamo” Çempionlar Liqasında “Neftçi”nin əsas rəqibi “Xəzər Lənkəran”la da qarşılaşmışdı. Xorvatlar yalnız əlavə vaxtda qələbə qazana bilmişdilər. Düşünmürsüz ki, azarkeşlər iki Azərbaycan klubunun çıxışını müqayisə etməli olacaq və bu, sizin xeyrinizə olmaya da bilər?
- Belə müqayisə futbolda düzgün deyil. Əlbəttə, azarkeşlər belə fərziyyələr irəli sürə bilərlər. Amma inanıram ki, futbolda olduğu kimi, azarkeşlərdə də inkişaf var. Onlar da bilirlər ki, necə çətin bir oyuna hazırlaşırıq. Bu qarşılaşma mənim üçün “Neftçi”dəki karyeramda ən vacib oyunlar olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.