4 iyul 2011 11:31
Yığmamız almanlarla yenə bacarmadı
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız “Sachsen-Anhalt” klubunun U-16 komandası ilə qarşılaşıb.
Oyun 4:2 hesabı ilə almaniyalı futbolçuların xeyrinə başa çatıb. Yığmamızın heyətində Mənsur Nəhavəndi və Ülvi Süleymanov fərqlənib.
Maraq üçün xatırladaq ki, komandamız ilk oyunda Almaniyanın “Berlin Seleksiya Region” U-16 komandası ilə qarşılaşmışdı və 1:2 hesabı ilə məğlub olmuşdu.
