4 iyul 2011 11:43
Belarus - Azərbaycan matçının tarixi dəyişdirildi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Belarusda təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində 2 yoldaşlıq oyunu keçirəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, yığmamızın belaruslu həmyaşıdları ilə qarşılaşacağı bu oyunların birincisinin tarixi dəyişdirilib.
Belə ki, bu görüş əvvəlcədən xəbər verildiyi kimi, iyulun 23-də yox, bir gün tez - iyulun 22-də keçiriləcək.
