4 iyul 2011 11:57
Arif Əsədov: Bunun məntiqi nəticəsi kimi qələbə qazandıq
Avstriyada təlim-məşq toplanışında olan "Neftçi"nin baş məşqçisi Arif Əsədov Rumıniya vitse-çempionu "Timişoara" ilə yoxlama oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klubun rəsmi saytına açıqlamasında bunları deyib.
"İlk növbədə qeyd etməliyəm ki, iki gun ardıcıl oyun keçirmişik. Buna görə də birinci hissədə əsasən gənc oyunçulara şans verdik. İkinci hissədə isə əsas heyət meydana daxil oldu. Buna görə də ilk yarıda iki təhlükəli vəziyyət yaratdıqsa, ikinci hissədə daha çox qol şansı əldə etdik və bunun məntiqi nəticəsi kimi qol vurub, qələbə qazandıq. Bütün futbolçulara təşəkkürümü bildirirəm. Rəqib komanda da xoşuma gəldi. Ümumiyyətlə, maraqlı oyunun şahidi olduq".
