4 iyul 2011 12:22

Qarabağ artıq dünya nəhənglərinə yuxarıdan aşağı baxır

Beynəlxalq futbol tarixi və statistikaları federasiyası (IFFHS) klubları dünyanın ən güclü klublarının siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, iyun ayı üçün açıqlanan siyahıda yeganə təmsilçimiz olan “Qarabağ” 47 pilləlik irəliləyərək 168-172-ci pillələri bölüşür.

Ötən ayın son günündə Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Litva “Banga”sı üzərindəki qələbə (4:0) komandamızı xeyli irəli salıb. Hesabında isə 94,0 reytinq xalı var. Ağdam klubu hazırda Belçikanın “Cercle Brugge”, Fransanın “Nice” və Gürcüstanın “Zestafoni” klubları ilə eyni xala malikdi.

“Qarabağ”ın qabaqladığı klublara gəlincə, onların arasında “Bolton”, “Fulham”, “Everton”, “Aston Villa” (İngiltərə), “Lazio”, “Parma”, “Fiorentina” (İtaliya), “Atletico Paranaense”, “Flamengo” (Braziliya), “Marítimo” (Portuqaliya), “Galatasaray”, “Trabzonspor” (Türkiyə), “River Plate” (Argentina), “Sochaux”, “Montpellier” (Fransa), “Dundee United” (Şotlandiya), “Nürnberg”, “Mainz”, “Kaiserslautern” (Almaniya) və daha neçə belə nəhəng ölkə təmsilçiləri var.

Ağdamlıların Avropa Liqasının 1-ci və 2-ci təsnifat mərhələsindəki rəqibləri olan Litva “Banga”sı ilə Farer adalarının "Streymur" klubları siyahıda yer almayıb.
 
Dünya sıralamasında ilk 20 pilləni tutan ən güclü klubların siyahısı isə aşağıdakı kimidi:
 
1.
(1.)
Barcelona
İspaniya
317,0
2.
(2.)
Real (Madrid)
İspaniya
307,0
3.
(3.)
Porto
Portuqaliya
291,5
4.
(4.)
Manchester United
İngiltərə
285,0
5.
(5.)
Manchester City
İngiltərə
254,0
6.
(6.)
Villarreal
İspaniya
250,0
7.
(7.)
Inter
İtaliya
246,0
8.
(10.)
Velez Sarsfield
Argentina
239,0
9.
(13.)
Santos
Braziliya
236,0
10.
(8.)
Dinamo (Kiyev)
Ukrayna
222,5
11.
(13.)
Zenit
Rusiya
220,0
12.
(16.)
Internacional
Braziliya
218,0
    13
(9.)
Schalke
Almaniya
218,0
14.
(23.)
CSKA
Rusiya
212,5
15.
(12.)
PSG
Fransa
210,0
16.
(15.)
Lille
Fransa
206,0
17.
(17.)
Shakhtar
Ukrayna
203,5
18.
(25.)
Cerro Porteno
Paraqvay
203,0
19.
(11.)
Deportiva
Ekvador
202,5
20.
(18.)
Liverpool
İngiltərə
202,0

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.