4 iyul 2011 12:12
“Neftçi`dən fərqli, biz şanslarımızdan istifadə edə bilmədik”
"Fikrimcə, maraqlı oyun oldu. Qarşılaşma çətin keçdi. Hər halda, biz çempiona qarşı oynayırdıq". Azerisport.az xəbər verir ki, bu sözləri "Neftçi" ilə yoxlama oyunundan sonra Rumıniyanın "Timişoara" klubunun baş məşqçisi Duşan Uqrin deyib.
O, "Neftçi"yə Çempionlar Liqasında uğurlar arzulamağı da unutmayıb: "Məncə, bərabər mübarizənin şahidi olduq. Sadəcə, "Neftçi"dən fərqli olaraq, biz şanslarımızdan istifadə edə bilmədik. Komandanıza Çempionlar Liqasında uğurlar arzulayıram". (“Neftçi”nin saytı)
